Putinin Ərdoğanın sualına cavabı İran prezidentini güldürdü - VİDEO

Hit: 372
Putinin Ərdoğanın sualına cavabı İran prezidentini güldürdü - VİDEO

Soçi şəhərində 3 ölkə prezidenti arasında zirvə toplantısı keçirilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin söhbəti sosial şəbəkələrdə yayılıb.

Rusiyalı jurnalist Dimitri Smirnovun paylaşdığı videoda Ərdoğan minəcəkləri avtomobili göstərərək "Görəsən, zirehlidir? soruşub. Putin isə avtomobilin şüşəsinə vuraraq "yox, ərazi zirehlidir" deyə, cavablayıb. Həmin anlar İran prezidenti Həsən Ruhani və ətrafdakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, Soçi zirvə toplantısında Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini və başqa məsələləri müzakirə ediblər.









Redaktorun seçimi