Dilənərək topladıqları pullarla 3 maşın aldılar - TANIYANLAR ŞOKA DÜŞDÜ - VİDEO

Hit: 756
Dilənərək topladıqları pullarla 3 maşın aldılar - TANIYANLAR ŞOKA DÜŞDÜ - VİDEO

Dilənərək topladıqları pullarla 3 maşın alan dilənçiləri tanıyanlar şok keçirib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərinin qəsəbələrindən birində baş verib. Dilənçilər notariusda pul sayarkən görüntüləniblər. Dilənçiləri tanıyanlar şoka düşüb.

Küçələrdə, insanların gur olduğu məkanlarda özlərini yazıq kimi göstərərək dilənən şübhəlilər topladıqları "qəpik-quruş"la 3 maşın alıblar. Onlar notariusda pul sayarkən bir nəfər telefonla onları videoya çəkib. Ciblərindən və cüzdanlarından topa-topa pullar çıxaran "dilənçilər" sənəd işlərini həll etdikdən sonra ofisdən uzaqlaşıblar.
 

 









Redaktorun seçimi