Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı

Hit: 269
Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı

Naməlum şəxslər Solsberi kilsəsindən nəhəng Rusiya bayrağını asıblar.

Spire FM-in məlumatına görə, bayraq fevralın 17-də gecə asılıb və səhər saatlarında insanların diqqətini cəlb edib.

Bu insident Britaniya parlamentinin Solsberidən olan deputatı Con Qleni hiddətləndirib. 

 

“Ötən il Solsberidə baş vermiş ciddi hadisələri ələ salmaq, bu nə ağılsız addımdır?”, - deyə o, Rusiya hərbi kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsinə işarə edərək “Twitter”də yazıb. 









Redaktorun seçimi