Rusiyadan Venesuelaya zərbə - Neft şirkətinin hesabını dondurdu

Hit: 189
Rusiyadan Venesuelaya zərbə - Neft şirkətinin hesabını dondurdu

Rusiyanın “Qazprombank” dövlət şirkəti Venesuelanın “Petroleos de Venezuela” (PDVSA) dövlət neft şirkətinə aid hesabları dondurmaq qərarı alıb.

Bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.  Bundan başqa, “Qazprombank” şirkətlə əməliyyatları dayandırıb. 

“PDVSA-nın hesabları hazırda dondurulub. Başa düşdüyünüz kimi, əməliyyatlar yerinə yetirilmir” deyə mənbə bildirib. 

 

Qeyd edilir ki, bu addım ABŞ sanksiyaları səbəbindən bankı gözləyəcək mümkün riskləri azaltmaq üçün atılıb. 

“Qazprombank” hələ ki, məlumatı şərh etməyib.  









Redaktorun seçimi