“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı

Hit: 246
“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı

İranın xarici işlər naziri Cavad Zərif İsraillə müharibəyə başlamaq riskinin çox yüksək olduğunu bəyan edib.

Faktor.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə nazir təhlükəsizlik üzrə Münhen konfransında çıxışında deyib. 

 

Onun sözlərinə görə, İsrail və ABŞ-ın hərəkətləri hadisələrin bu cür inkişafı ehtimalını artırır: “Şübhəsiz, bəzi insanlar müharibə axtarırlar...”

Diplomat bildirib ki, risk böyükdür və ABŞ-la İsrail beynəlxalq hüququnun ciddi şəkildə pozulmasına göz yummağa davam edərsə, bu risk artacaq. 









Redaktorun seçimi