Çində fabrikdə qaz zəhərlənməsindən yeddi nəfər ölüb

Hit: 398
Çində fabrikdə qaz zəhərlənməsindən yeddi nəfər ölüb

Çinin cənubundakı Quandun vilayətində qaz zəhərlənməsi səbəbindən 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 "RİA Novosti" xəbər verir ki, hadisə "Shuangzhou Paper" şirkətinə məxsus Dunquan şəhər dairəsindəki Çjuntan kəndində yerləşən kağız fabrikində baş verib.

Araşdırmalar göstərib ki, 9 işçi çirkab sularının tənzimləndiyi rezervuarda qapalı vəziyyətdə qalıb. Onların ora necə və hansı səbəbdən düşdüya məlum deyil. Hadisə yerinə gələn yanğınsöndürənlər bütün işçiləri rezervuarlardan sağ çıxarıb xəstəxanaya göndərsə də, həkimlərin səylərinə baxmayaraq, yeddi nəfər çirkab sularından ayrılan qazdan zəhərləndiklərinə görə ölüb. Digər iki nəfərin vəziyyəti isə sabitdir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi