Ərdoğan: "ABŞ FETÖ başçısını göndərsin, dostluğumuzu görək"

Hit: 295
Ərdoğan: "ABŞ FETÖ başçısını göndərsin, dostluğumuzu görək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  özəl bir televiziya kanalının ortaq yayımında gündəmdəki məsələlər barəsində fikir bildirib. 
 
Faktor.az x'b'r verir ki, Ərdoğan açıqlamalarında 15 iyul 2016-cı ildə törədilmiş dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıyan FETÖ başçısının ABŞ-da himayə altına alınmasına reaksiya göstərərək: "Ölkəmizdə FETÖ ilə bağlı verilmiş bu qədər qərar var. Biz onunla əlaqədar 85 qovluq sənədi ABŞ-a göndərdik, bunlar ortadadır. ABŞ yalnız deportasiya edəcək. Göndərsin, dostluğumuzu görək. Bu məsələ bizim ABŞ ilə aramızdakı gərginliyi artırır" dedi.
 
Dövlət başçısı ABŞ prezidenti Donald Trampın:"24 saat ərzində Suriya mövzusu ilə bağlı açıqlama verəcəyəm" ifadəsinin DEAŞ məsələsi ilə əlaqədar ola biləcəyinə diqqət çəkib.
 
 Ərdoğan: "Tramp deyəcək k,i DEAŞ-la mübarizədə qələbə qazandıq. Bir zəfər elanı ola bilər. Onsuz da DEAŞ-dan Suriyada nə qaldı ki?! Artıq qırıntıları var" deyib.
 
 1915-ci il hadisələri vasitəsilə Fransa prezidenti Emmanuel Makrona da sərt reaksiya göstərən Ərdoğan Fransanın törətdiyi soyqırımlardan bəhs edib.
 
 Makrona Fransa tarixini öyrənməyi tövsiyyə edən Türkiyə prezidenti bunları söyləyib: "Makrona dedim ki: "Siyasətdə yenisən. Bunları öyrən. İndi mən sənə tarix dərsi verirəm. Sən əvvəl bu işi həll et. Bizim tariximizdə soyqırım yoxdur. Əvvəl bu işin tarixini öyrən. Ermənilər bizim ölkəmizdə heç bir zaman soyqırıma məruz qalmayıblar. Hazırda da 100 min erməni vətəndaşımız var". 
 
 Ərdoğan Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti ilə bağlı beynəlxalq səviyyədə istintaqın aparılmasının vacib olduğunu bir daha qeyd edib.
 
 Yeni dəlillər olduğuna işarə edən prezident: "Biz əlimizdəki  sənədlərin hamısını verməmişik. Cinayəti törədənlərdən biri:"Mən kəsməyi yaxşı bilirəm" deyir. Sonra anlayırıq ki, bu adam məhkəmə - tibbi ekspertidir. İndi bütün bunlar açıq-aşkar ortadadır, daha nəyi gizlədəcəksən?" ifadələrini işlədib.

 









Redaktorun seçimi