Bu ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT

Hit: 330
Bu ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT

ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb.

Faktor.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders bildirib. Fövqəladə vəziyyət rejiminin tətbiqi Donald Trampın Meksika ilə sərhəddə səddin tikintisi üçün 8 milyon dollar vəsait almasına yol açacaq. Belə ki, ABŞ Konqresi bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə yalnız 1,375 milyard dollar ayırıb.

Demokratlar fövqəladə vəziyyət rejiminin tətbiqinə kəskin etiraz ediblər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirib.(publika.az)









Redaktorun seçimi