Tramp 24 saat ərzində dünyanın gözlədiyi xəbəri açıqlayacaq

Hit: 162
Tramp 24 saat ərzində dünyanın gözlədiyi xəbəri açıqlayacaq

ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində Suriya ilə bağlı “xoş xəbər” açıqlayacağını bəyan edib.

 “RİA Novosti” xəbər verir ki, bu xəbər Suriyanın İŞİD terrorçularından tamamilə azad olunması ilə bağlıdır. Ağ Evdə jurnalistlər önündə çıxış edən Tramp deyib:

“Suriya ilə bağlı yaxşı xəbərlər olacaq. Bu xəbər 24 saat ərzində elan ediləcək”.

 

Bundan əvvəl Tramp fevralın 6-da bu həftə Suriyanın İŞİD-dən 100% təmizləndiyini elan edəcəyini açıqlamışdı.

 









Redaktorun seçimi