Sevgililər günü "hədiyyə almaq məcburiyyəti" ləğv edilir

209 dəfə oxunub
Sevgililər günü "hədiyyə almaq məcburiyyəti" ləğv edilir

Sevgililər günü qadınların kişi iş yoldaşlarına şokolad almaq adəti Yaponiyadadır. Adət “məcburi şokolad” adı ilə məşhurdur.

Faktor.az xarici mediyaya istinadən xəbər verir ki, artıq bu ənənə ləğv olunur. Ölkədə aparılan statistikaya görə hər il milyonlarla dollara başa gələn “məcburi şokolad ticarəti”ni bir çox qadın istəmir. Qadınlar bunu ictimai gücün pis istiqamətə yönəldilməsi və özlərinə basqı hesab ediblər.

Sevgililər günü 1950-ci illərdən bu günə qədər Yaponiyada böyük sektora çevrilib. Şirkətlər illik satışının ən böyük payını bu həftədə ediblər.

Sözü gedən ölkədə 14 mart kişilərin qadınlara “qarşılıq verməsi” günüdür. “Ağ gün” adlanan bu gündə qadınlar kişi iş yoldaşlarından “məcburi şokolad payı”nı gözləyirlər.

Bəzi iş yerlərində bu adətlər artıq qadağan edilib.

Cavid Zahidoğlu

Faktor.az

 



Redaktorun seçimi