Türkiyədə içərisində bomba olan avtomobil saxlanılıb

44 dəfə oxunub
Türkiyədə içərisində  bomba olan avtomobil saxlanılıb

Türkiyədə içərisində  bomba olan avtomobil saxlanılıb.

Bir həftə əvvəl Türkiyədə teror hadisəsi törətmək istəyən bombalı avtomobil ələ keçirilib, Türkiyə polisi də sərhəddən kənarda onlara təlimat verənləri tutub.

Faktor.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu deyib. Türkiyənin Daxili İşlər naziri Ankaranın Nallıxan qəsəbəsindəki AK Parti Nallıxan Seçki Bürosunun açılışında danışıb.

Türkiyəli nazirin sözlərinə görə, uzaqdan ölkəni idarə edənlər Türkiyəni həmişə dizi üstə görmək istəyiblər, buna görə də PKK, FETÖ və İŞİD-i Türkiyənin üzərinə göndəriblər. Öz nitqində xarici qüvvələrin Türkiyə siyasətinə müdaxiləsini xurğulayan S. Soylu, bunların işə yaramadığını vurğulayıb. Amerikanın, Avropanın dediklərinə baxmayaraq, Türkiyənin “Zeytun Budağı Hərəkatı” ilə öz sözünü dediyini qeyd edib. Türkiyənin naziri həbsdə olan Abdullah Öcalan mövzusuna da toxunub. Nazirin sözlərinə görə, yenə seçki qabağı bəziləri “Apo”nu həbsdən çıxarmaq üçün yürüyüş etməyə hazırlaşır. Soylu, öz nitqini Türkiyənin Şərqli və Cənub Şərqindəki terroritslərlə mübarizənin gücləndiyi ilə bitirib. O, qeyd edib ki, 1990-2000 illər arası dağlarda 15 min terrorist var idi, indi isə bu rəqəm 700-ə düşüb. Çox yox, bir həftə əvvəl Türkiyədə bombalı avtomobil ələ keçirilib və polislər də sərhəddəki ələbaşı terroristləri yaxalayıblar. Süleyman Soylu terorun hökm sürdüyü bölgələrin bağlanması fikrini irəli sürüb və bunu azyaşlıların aldadılıb terrosristliyə cəlb olunmağıyla ilə əsaslandırıb.

Sonra, Türkiyənin Daxili İşlər naziri ətrafı gəzib, vətəndaşlarla danışıb və şəkil çəkdirib.

Cəmilə Məmmədli

 



Redaktorun seçimi