Çin ABŞ-ı su sərhədlərini pozmaqda ittiham etdi

18 dəfə oxunub
Çin ABŞ-ı su sərhədlərini pozmaqda ittiham etdi

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunyin ölkəsinin ABŞ gəmilərinin Cənubi Çin dənizinə icazəsiz daxil olmasından narazı qaldıqlarını bildirib.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Nanşa adasının akvatariyasına daxil olan 2 raketli esminets bunun üçün rəsmi Pekinin icazəsini almayıb.

Rəsmi Pekin bu ərazilərin ona məxsus olduğunu elan edib və ərazidə hərəkət üçün icazə istənilməli olduğunu açıqlayıb.



Redaktorun seçimi