Yastığının altından sərvət çıxdı - Xəbəri yox idi

134 dəfə oxunub
Yastığının altından sərvət çıxdı - Xəbəri yox idi

Maraqlı hadisə Fillipində baş verib.

Faktor.az xarici mediyaya istinadən xəbər verir ki, sözügedən ölkədə balıqçının evindən dəyəri 100 milyon dollar olan inci çıxıb. Yerli KİV-nin yaydığı məlumata görə eni 30 sm-ə, uzunluğu 67 sm-ə çatan böyük inci parçası adı açıqlanmayan balıqçının qayığına yapışıb. O, qayığı yoxlayan zaman incini aşkar edib.

Balıqçının sözlərinə görə o incinin dəyərini anlamayıb. Yatağına yalnız uğur qazanmaq niyyəti ilə qoyub. Sonra balıqçı incini sərgidə nümayiş etdirmək üçün Filippinin turizm sektorunda işləyən xalasına verib. Mütəxəssislərin dəyərləndirməsindən sonra incinin qiyməti müəyyənləşib.

Cavid Zahidoğlu

Faktor.az

 



Redaktorun seçimi