Nyu York da 4 müsəlman həbs olunub

Hit: 169
Nyu York da   4 müsəlman həbs olunub

Nyu Yorkun müsəlmanların yaşadığı İslamberq qəsəbəsində biri yeniyetmə olmaqla, 4 gənc saxlanılıb.

Faktor.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, həbs olunan gənclərin evlərində 20-dən çox odlu silah və əldəqayırma partlayıcı maddələr aşkarlanıb.
Həbs olunanların dördü də odlu silah gəzdirmək və təxribat törətməklə ittiham olunub.

Gənclərin İslamberqin qurucusu, pakistanlı Şeyx Mübarək Gilanı camaatından olduğu güman edilir. Bu camaat Nyu Yorkda qapalı həyat tərzi sürür, dövlət adamlarının və müxbirlərin ərazilərinə girmələrinə icazə vermirlər. “Qərb təsirindən azad”, kənd təsərrüfatıilə dolanan, uşaqlarını məktəbə göndərməyən bu müsəlman qəsəbəsi çoxdandır yerlilərin narahatlığına səbəb olur. Narahatlığa və yerli camaatın şübhələrinə baxmayaraq, Gilani camaatının birbaşa cihadla əlaqəsi isbat olunmayıb.

Gənclərin həbsinin başqa məsələləri də üzə çıxaracağı güman edilir.

Cəmilə Məmmədli

 

 









Redaktorun seçimi