Ərdoğan: "Mənbic əsl sahiblərinə qaytarılacaq"

Hit: 327
Ərdoğan: "Mənbic əsl sahiblərinə qaytarılacaq"

Suriyanın Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, hazırda Ankara Mənbicdə, ümumilikdə isə Suriyanın şimalında baş verən hadisələri diqqətlə izləyir:

"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcək və bu istiqamətdə bizə kömək edəcək hər kəslə əməkdaşlığa hazırdır".

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, ABŞ Suriya ilə bağlı Ankaraya verdiyi sözü tutmalıdır.









Redaktorun seçimi