“Bizim üçün təhdid yaradan istənilən ölkəni vuracağıq”

Hit: 224
“Bizim üçün təhdid yaradan istənilən ölkəni vuracağıq”

İsrail onun üçün təhdid yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır.

Faktor.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri baş nazir Binyamin Netanyahu İsrailin Suriyaya ötən gün endirdiyi aviazərbələrdən sonra verdiyi açıqlamasında deyib:

 

“Biz İrana və İranın aqressiyasına dəstək olan Suriya qüvvələrinə qarşı hərəkət edirik. Bizə zərər vermək istəyənlərə zərbə endirəcəyik. Kim ki bizi məhv edəcəyi ilə hədələyir, buna görə tam məsuliyyət daşıyacaq”. 

Daha əvvəl İran Hərbi Hava Qüvvələri hərbçilərinin İsraili məhv edənə qədər onunla vuruşmağa hazır olduğunu bəyan etmişdi. 

 

 

 








Redaktorun seçimi