Liviya sahillərində gəmi qəzaya uğrayıb: - 117 miqrant itkin düşüb

Hit: 312
Liviya sahillərində gəmi qəzaya uğrayıb: - 117 miqrant itkin düşüb

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.

Faktor.az Trend-ə istinadən bildirir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Miqrasiya üzrə Beynəlxalq Təşkilatının nümayəndəsi Flavio di Cakomo deyib ki, gəminin göyərtəsində 120 nəfər olub: "İtkin düşənlərin arasında 10 qadın və 2 uşaq var".

Miqrantlardan çoxusu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.









Redaktorun seçimi