Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

Hit: 321
Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib. 

Faktor.az modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Məlumata görə, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.









Redaktorun seçimi