Əxlaqsız müəllim 2 şagirdinə təcavüz etdi - VİDEO

Hit: 518
Əxlaqsız müəllim 2 şagirdinə təcavüz etdi - VİDEO

ABŞ-ın Miçiqan ştatındakı Roçester şəhərində yerləşən "Rochester High School"un sabiq müəllimi Ketrin Houtalinq 90 ilədək azadlıqdan məhrum oluna bilər. O, 16 və 17 yaşlı iki şagirdini tovlayaraq cinsi əlaqəyə sövq etməkdə suçlanır.

Faktor.az Daily Mail-ə istinadən bildirir ki, 26 yaşlı sabiq biologiya müəlliminin məhkəməsi başlanıb. İstintaq materiallarına görə o, ötən ilin noyabrın 1-də və dekabrın 31-də iki şagirdi ilə cinsi əlaqədə olub.

K.Houtalinqə qarşı 6 maddədən ibarət ittiham irəli sürülüb. Prokuror hər maddəyə görə sabiq müəllimin 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Bununla yanaşı, K.Houtalinq cinsi əlaqəyə sövq etdiyi şagirdlərinə mənəvi təzminat qismində 200 min dollar ödəməlidir.









Redaktorun seçimi