Meksikada FACİƏ: 66 ölü, 76 yaralı - VİDEO
Bir gecə ərzində Meksikada boru kəmərinin partlayışı nəticəsində qurbanların sayı 66-a çatıb, 76 nəfər yaralanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Hidalqo ştatının qubernatoru Ömər Fayyad mətbuat konfransında bildirib.
“Onlardan bəzilərinin vəziyyəti ağır və çox ağırdır”, - qubernator əlavə edib.
Qeyd edək ki, güclü partlayış yanvarın 18-də Tuspan-Tula neft kəmərində baş verib. İnsanların sızıntıdan neft oğurlamaq cəhdləri partlayışla nəticələnib.