Rəsm çəkdiyinə görə şagirdini döydü - VİDEO

Hit: 150
Rəsm çəkdiyinə görə şagirdini döydü - VİDEO
Sosial şəbəkələrin Rusiya seqmentində Tolyati şəhərinin məktəblərindən birində baş vermiş insident geniş müzakirə obyektinə çevrilib.  Müəllimlə məktəbli qız arasında baş verən münaqişənin həvəskar görüntüsü yayılıb.
 
Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, videodan müəllimin şagirdi necə döydüyünü görmək olur.
 
Videonun təsvirində, insidentin şagirdin dərs vaxtı rəsm çəkməsinə görə baş verdiyi qeyd olunur. Qəzəblənmiş müəllim qızın partasına yaxınlaşaraq üzərində olan bütün əşyaları çılğın şəkildə yerə atır və qızı şillələməyə başlayır.
 
"Dəli olmusunuz?”, - deyə  şagird etiraz edib. "Mən, hə, sən isə yox. Sənin özünü şagird kimi aparmağını istəyirəm”, - deyə müəllimə söyləyib.
 
İnsident məktəbin beşinci sinfində baş verib. Tez-tez uşaqlara qarşı zorakılığa əl atan müəllimin məktəbin tədris hissə müdiri olduğu bildirilir.








Redaktorun seçimi