Belçikada "sarı jiletlilər" "Google" şirkətinin binası önündə barrikada qurdular

Hit: 119
Belçikada "sarı jiletlilər" "Google" şirkətinin binası önündə barrikada qurdular

Belçikada "sarı jiletlilər" "Google" şirkətinin binası önündə barrikada qurublar.
 
Faktor.az xarici mətbuata əsasən xəbər verir ki,"Sarı jiletlilər" sosial media vasitəsilə edilən çağırışdan sonra Mons şəhəri yaxınlığındakı Google şirkətinin binasının önündə toplaşaraq, şirkətin əməkdaşlarının iş yerlərinə girməsinə imkan verməyiblər.
 
Barrikada quran 30-a qədər "sarı jiletli" bəyanat yayıb.
 
Bəyanatda "Google" mərkəzinə xarici ölkə vətəndaşlarının işə götürülməməsi, işə götürmə meyarlarının dəyişdirilməsi tələb olunub.
 
 Fransadakı hadisələrdən təsirlənərək Belçikada da küçəyə çıxan "sarı jiletlilər" təxminən 8 həftədir yanacağın bahalaşdırılmasına etiraz edirlər.
 
 Ötən həftələrdə keçirilən aksiyalarda polis ilə nümayişçilər arasında çıxan qarşıdurmada Belçika polisi "sarı jiletlilərə" sərt müdaxilə edib.









Redaktorun seçimi