“Donuz qripi” azərbaycanlılar yaşayan əraziyə çatdı

Hit: 397
“Donuz qripi” azərbaycanlılar yaşayan əraziyə çatdı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda "donuz qripi" adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

Faktor.az Report-a istinadən bildidir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

 

Marneulidə 39 yaşlı qadının da "donuz qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda "donuz qripi"ndən 17 nəfər ölüb.









Redaktorun seçimi