Tbilisidə yaşayış binasında partlayış nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB

Hit: 454
Tbilisidə yaşayış binasında partlayış nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB

Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

Faktor.az report-a istinadən bildirir ki, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.

--------

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.

Faktor.az report-a istinadən bildirir ki, partlayışa qaz sızması səbəb olub.

Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və "təcili tibbi yardım" maşınları cəlb olunub.

Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.









Redaktorun seçimi