Dəhşətli hadisə: biznesmen GÖZLƏRİNİ İTİRDİ - VİDEO

Hit: 297
Dəhşətli hadisə: biznesmen GÖZLƏRİNİ İTİRDİ - VİDEO

Gürcüstandan birtərəfli qaydada ayrılan Abxaziya separatçı qurumunda Moskvadan olan biznesmen Mixail Yevalenkoya qarşı sui-qəsdin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, biznesmen Ldzaa qəsəbəsində “Audi Q-7” avtomobilinin partlayışı zamanı zərər çəkib.

İstintaqın versiyasına görə, partlayıcı maddə avtomobilin ön şüşəsi və kapotun arasında paketin içində qoyulmuşdu. Biznesmenin özü paketi çıxartmağa çalışdığı vaxt partlayış baş verib.

Zərərçəkən Soçi klinikasına çatdırılaraq əməliyyat edilib. O, hər iki gözünü itirib. Yaralının Soçidən paytaxta gətiriləcəyi bildirilir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti son dərəcə ağırdır.









Redaktorun seçimi