Trampdan yeni rekord

66 dəfə oxunub
Trampdan yeni rekord
Ötən il dekabrın 22-də ABŞ-da bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib. Bu dəfə federal müəssisələrin bir hissəsinin öz fəaliyyətini dayandırması ölkə üçün rekord göstəriciyə çatıb.

Faktor.az “Sputnik”ə istinadən istinadən xəbər verir ki, hazırda "şatdaun"un (shutdown) 22-ci günü gedir və bunun nə vaxt başa çatacağı bilinmir.

İndiyə qədər isə ən uzun şatdaun 1995-1996-cı ildə Bill Klintonun dövründə yaşanıb. Həmin vaxt şatdaun 21 gün davam etmişdi.

Xatırladaq ki, 2019-cu ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

 

Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı üçün büdcəni təsdiqləmir. Müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək buna razılıq vermir.



Redaktorun seçimi