Qaz sızması nəticəsində baş verən partlayışda 50 nəfərə yaxın xəsarət aldı

85 dəfə oxunub
Qaz sızması nəticəsində baş verən partlayışda 50 nəfərə yaxın xəsarət aldı

Parisdə qaz sızması nəticəsində baş verən partlayışda 50 nəfərə yaxın xəsarət alıb. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Kristof Kastaner deyib.

Daha əvvəl prefektura 2 nəfərin həlak olduğunu bildirmişdi.

Bu saata olan məlumata əsasən, iki nəfər ölüb. 10 nəfər, həmçinin 1 nəfər yanğınsöndürən ağır vəziyyətdədir. 37 nəfər orta ağır vəziyyətdədir. Bunu Kastaner “Twitter” sosial şəbəkəsində yazıb.

Daxili işlər naziri həm də partlayış qurbanlarının ailələrinə dəstək göstərib.



Redaktorun seçimi