Tehrandan Fransaya sərt cavab

140 dəfə oxunub
Tehrandan Fransaya sərt cavab

Tehran Fransa XİN-in ballistik nüvə texnologiyası ilə bağlı çağırışına cavab verib.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi danışıb.

Paris hökumətini məsuliyyətsizlikdə ittiham edən Qasımi Fransanı nüvə müqaviləsinin müxalifləri tərəfindən ortaya atılan və həqiqəti əks etdirməyən iddiaları təkrarlamaqdan imtina etməyə çağırıb. O, İranın raket proqramının müdafiə məqsədi daşıdığını və ölkənin təbii haqqı olduğunu bildirib.

Qeyd edək ki, Fransa XİN İranın ballistik raket proqramının BMT TŞ-nın 2231 saylı qərarına uyğun olmadığı bildirərək, nüvə silahı daşıya biləcək ballistik raketlərlə bağlı bütün fəaliyyətlərin dərhal dayandırılması çağırışı etmişdi.



Redaktorun seçimi