Türkiyədə qatar qəzası baş verib, yaralılar var

56 dəfə oxunub
Türkiyədə qatar qəzası baş verib, yaralılar var

Türkiyədə qatar qəzası baş verib.

 “Hürriyyət” xəbər verir ki, hadisə İstanbulun Florya səmtində qeydə alınıb.

Belə ki, Halkalı - Sirkeci Banliyö dəmiryolunda sınaq məqsədilə xəttə buraxılmış Marmaray qatarı ilə dəmir yolu xətlərini dəyişdirən nəqliyyat vasitəsi toqquşub. 

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 



Redaktorun seçimi