Ermənistanda toqquşma: polislə etirazçılar üz-üzə gəldilər

137 dəfə oxunub
Ermənistanda toqquşma: polislə etirazçılar üz-üzə gəldilər

Ermənistanda general Manvel Qriqoryanın həbs olunması tələbilə növbəti aksiya baş verib.

Faktor.az musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib.

Etirazçılar hava limanına aparan yolu kəsdiyi üçün polislər aksiyaya müdaxilə edib, bundan sonra toqquşma başlayıb.

Qeyd edək ki, M.Qriqoryan İrəvan məhkəməsinin qərarı ilə 21 dekabr 2018-ci ildə girov qarşılığında həbsdən azad olunub, bu da etirazlara səbəb olub. Baş Prokurorluq da öz növbəsində apelyasiya şikayəti verib. Qriqoryan külli miqdarda silah saxlamaqda və mənimsəmədə ittiham olunur.



Redaktorun seçimi