İsrail raketləri Dəməşqdə hərbi hava limanını bombalayıb

56 dəfə oxunub
İsrail raketləri Dəməşqdə hərbi hava limanını bombalayıb

İsrail Dəməşqdən təxminən səkkiz kilometr qərbdə yerləşən hərbi hava limanının bazasını atəşə tutub.

Faktor.az xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb.

Əraziyə bir neçə raket düşüb, partlayışlardan sonra yanğın başlayıb.

Suriya ordusuna yaxın olan şəxs açıqlayıb ki, Suriya müdafiə sistemi atılan raketlərin çoxunu elə havada zərərsizləşdirə bilib. Buna görə də hərbi hava limanına böyük ziyan dəyməyib.

Suriya ordu komandanlığı isə İsrail raketlərinin əl-Mezza rayonunda yerləşən hərbi-hava bazası yaxınlığında partladığını bildirib və bununla bağlı İsrailə xəbərdarlıq edib.

 



Redaktorun seçimi