ABŞ tarixinin ən uzun hökümət bağlanışını yaşayır

82 dəfə oxunub
ABŞ tarixinin ən uzun hökümət bağlanışını yaşayır

Bu gün ABŞ höküməti artıq 22-ci gündür ki bağlıdır.

Faktor.az BBC-yə istinadən xəbər verir ki, bu rəqəm Bill Klintonun (1995-96-cı illər) dövründə olan 21 günlük hökümət bağlanışını geridə qoyaraq, ölkə tarixininin ən uzun hökümət bağlanışına çevrilib.

Xatırladaq ki, buna səbəb Donald Trampın yeni büdcəni təsdiqləməməsidir. O, büdcəni təsdiqləmək üçün Meksikayla hasar çəkilişinə büdcə ayrılmağını tələb edir. Demokratlar isə D. Trampın 5.7 milyard dollarlıq büdcə tələbini rədd edirlər. Tramp son açıqlamalarında istədiyi olmasa, fövqəladə hal elan edəcəyini deyib.

Qeyd edək ki, ABŞ qanunlarına görə, Fövqaləda Hal zamanı ABŞ prezidenti qərarları tək başına qəbul edə bilər. Digər tərəfdən hökümətin 25%-i bağlandığı üçün 800 mindən çox işçi maaş ala bilməyəcək.

 Bu gün maaş almalı olan FTB agentləri, həbsxana mühafizəçiləri və hava limanı işçiləri pullarını ala bilməyiblər. Sosial şəbəkələrdə durmadan boş maaş hesabları və “0” yazılmış maaş çekləri paylaşılır. Dövlət işçiləri bir-bir əşyalarını satmağa, yaxud başqa iş axtarmağa başlayıblar. Amerika mətbuatı, D. Trampın büdcəni tezliklə təsdiqləyəcəyinə ehtimal etmir.

 

 



Redaktorun seçimi