Paşinyanın yalanı ORTAYA ÇIXDI

145 dəfə oxunub
Paşinyanın yalanı ORTAYA ÇIXDI

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan 2018-ci ildə ölkədə inflyasiya səviyyəsinin 1,8 faiz olduğunu bildirərək, bu haqda sevinclə danışıb. Lakin erməni siyasətçilər Paşinyanın yalan danışdığını sübut ediblər.

Faktor.az xəbər verir ki, keçmiş baş nazir Qrant Baqratyan Paşinyanın rəqəmlərlə oynadığını, ictimaiyyəti aldatdığını bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda inflyasiya səviyyəsi 1,8 faizdən çox olub.

"Paşinyan diqqətli olsaydı inflyasiya səviyyəsinin 2,5 faiz olduğunu görərdi. 2018-ci ildə erməni istehlakçılar mal və xidmətlərə 2017-ci illə müqayisədə 2,5 faiz daha çox pul ödədilər. Hətta Paşinyanın dediyi kimi, inflyasiya 1,8 faiz olsa belə, buna sevinmək olmaz", - deyə o bildirib. (publika.az)



Redaktorun seçimi