Məktəbdə yanğın - Müəllim və şagirdlər təxliyə edildilər

167 dəfə oxunub
Məktəbdə yanğın - Müəllim və şagirdlər təxliyə edildilər

Moskvanın qərbində 1329 saylı məktəbdən 180-dən çox şagird və 35 əməkdaş yanğın səbəbindən təxliyə olunub.

Faktor.az Trend-ə istinadən bildirir ki, hadisə ilə bağlı məktəbin direktoru Veronika Burmakina xəbər verib.

Bildirilir ki, yanğın məktəbin dəhlizində baş verib.

Hadisə nəticəsində şagird və müəllim heyətindən heç kəs xəsarət almayıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını qısa müddətdə almağa müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.



Redaktorun seçimi