Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir

197 dəfə oxunub
Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir

Ermənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib.

Faktor.az report-a istinadən xəbər verir ki, onlar aksiyanı yanvarın 11-də saat 16:00-da ölkənin Apellyasiya Məhkəməsinin binası qarşısında keçirməyə çağırıb.

"Aksiya məhkəmə binasının qarşısında olacaq. Biz Manvel Qriqoryana qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edəcəyik", - deyə Civan Abramyan adlı aksiya iştirakçısı bildirib.

Qeyd edək ki, dekabrın 21-də Manvel Qriqoryan 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyası keçirilmişdi. 



Redaktorun seçimi