Son dəqiqə - İçində 4 min maşın olan gəmi yanır

5308 dəfə oxunub
Son dəqiqə - İçində 4 min maşın olan gəmi yanır

Heyət üzvlərindən 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb

Faktor.az  xəbər verir ki, Sincerity Ace gəmisi qəfil yanmağa başlayıb. Gəmi Yaponiyadan Havay adalarına avtomobil aparır. Yanan gəminin içində 3804 avtomobil var. Onlardan 3500-ü "Nissan" markalı avtomobillərdir.

 

Xilasedicilər heyət üzvü olan 16 nəfəri xilas edə biliblər. 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.(sputnik)

 



Redaktorun seçimi