Ərdoğan - Trampın müsbət cavabını aldım

Hit: 392
Ərdoğan - Trampın müsbət cavabını aldım
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampın Türkiyənin Suriyada keçirməyi planlaşdırdığı yeni hərbi əməliyyata müsbət cavab verib.
 
Faktor.az xəbər verir ki, bu haqda Türkiyə KİV-də məlumat yayılıb.
 
Ötən çərşənbə Ərdoğan Türkiyə ordusunun yaxın günlərdə Fərat çayının şərqində olan YPQ qüvvələrinə qarşı əməliyyat keçirməyə hazırlaşdığını bildirmişdi.
 
"Suriyada artıq İŞİD qalmayıb, onun adından sadəcə bəhanə olaraq istifadə edirlər. Biz orada terror dəhlizinin yaradılmasına icazə verməyəcəyik. Suriyada üç əməliyyat keçirmişik, indi Fəratın şərqində (əməliyyat keçirməyin) növbəsi çatıb.
 
Biz bunu rəsmi olaraq bəyan etmişik, Trampla telefon danışığımız olub və onun müsbət cavabını almışıq. Fəratın şərqində terrorçuları himayə edənlərə səslənirəm; siz səhvə yol verirsiniz, bundan imtina edin”, - deyə Ərdoğan Konyada keçirilən mitinqdə bildirib.
 
Onun sözlərinə görə, türkiyəli hərbçilər son terrorçu zərərsizləşdirilənə kimi Suriyada əməliyyat aparacaq.
 
"Suriyada azad seçki keçirilənə qədər terrora qarşı mübarizəmiz davam edəcək. Biz istənilən vaxt 500 km uzanan sərhəd boyunca  Suriya ərazisində əməliyyata başlaya bilərik. Elə edəcəyik ki, ABŞ hərbçilərinə hər hansı zərər dəyməsin”, - deyə Ərdoğan diqqətə çatdırıb.








Redaktorun seçimi