Zurabişvili Rusiya qarşısında ŞƏRTLƏRİNİ AÇIQLADI

Hit: 346
Zurabişvili Rusiya qarşısında ŞƏRTLƏRİNİ AÇIQLADI

Bu gün keçirilən andiçmə mərasimi ilə vəzifəsinin icrasına başlayan Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Rusiyayla münasibətlərin normallaşması üçün şərtləri açıqlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yeni prezidentin sözlərinə görə, Rusiya beynəlxalq hüququn bütün normalarını tanımalıdır.

“Əgər Rusiya dünya cəmiyyətinin dəyərli üzvü olmaq istəyirsə və qonşu ölkələrlə normal münasibətləri bərpa etməyi planlaşdırırsa, beynəlxalq hüququn bütün normalarını tanımalıdır”, - o deyib.

Zurabişvili həmçinin sabitlik, demokratiyanın inkişafı, Gürcüstanın birləşməsi, Avropa İttifaqı və NATO-ya üzvlük, həmçinin strateji partnyorlarla əməkdaşlığı əsas hədəfləri adlandırıb.

O vurğulayıb ki, Gürcüstanın birləşməsi üçün milli razılıq böyük əhəmiyyətə malikdir.

Daha əvvəl Zurabişvili Rusiyanın Gürcüstanı narahat edən bütün məsələlər, həmçinin Abxaziya və Cənubi Osetiya barəsində mövqeyini dəyişdirəcəyinə ümid etdiyini bildirib.









Redaktorun seçimi