Budapeştdə də etiraz aksiyası başladı

Hit: 415
Budapeştdə də etiraz aksiyası başladı

Macarıstanın paytaxtı Budapeştdə hökumət əleyhinə etiraz aksiyası keçirilib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, dinc şəkildə başlayan yürüşün iştirakçıları parlamentə doğru hərəkət etmək istərkən polis onların qarşısını kəsib.

Qeyd olunur ki, etirazçılara qarşı gözyaşadıcı qazdan istifadə olunub. Aksiya nəticəsində xəsarət alanların olduğu deyilir.

Etiraz aksiyası ölkədə Əmək məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar başlayıb.









Redaktorun seçimi