Rusiyada qadını yandırmaqla hədələyən azərbaycanlı tutuldu

Hit: 197
Rusiyada qadını yandırmaqla hədələyən azərbaycanlı tutuldu

Moskva polis idarəsinin əməkdaşları bazarlardakı ticarət mərkəzlərində “qoçuluq” edən dəstənin iki üzvünü həbs edib. Onlar Dolqoprudnıy bazarındakı hadisədən sonra saxlanılıblar.

“Novaya izvestiya” nəşrinin yazdığına görə, tərəvəz satışı ilə məşğul olan 45 yaşlı qadın polisə şikayət edib. O bildirib ki, təxminən yarım il əvvəl bazarda olan zaman bir neçə gənc ona yaxınlaşıb və deyiblər ki, hər ay onlara 50 min rubl (1300 manat – red.) versə, bundan sonra onun bu biznesdə problemi olmayacaq.

Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatlarına görə, bir neçə ay alverçi deyilən məbləği ödəyib, ancaq sonra bundan imtina edib. Bu zaman quldurlar onun bazarına gəlib və bütün məhsulların və qadının üzərinə benzin tökərək, od vuracaqlarını bildiriblər.

Bütün baş verənlər müşahidə kameralarında əks olunub. Saxlanılan şəxslərdən birinin Azərbaycan vətəndaşı olduğu qeyd edilib. Digər şəxslərin axtarışları davam etdirilir. Quldurları 15 ilədək həbs cəzası gözləyir.

virtualaz.org









Redaktorun seçimi