Ermənistanı dəhşətli günlər gözləyir: yanvarın 1-dən...

Hit: 308
Ermənistanı dəhşətli günlər gözləyir: yanvarın 1-dən...

Ermənistanda təbii qazın qiymətinin bahalaşacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, təbii qazın qiymətinin endirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılmır: “Bu, 2019-cu ilin 1 yanvar tarixindən etibarən Rusiyanın Ermənistana təbii qazı daha baha satacağı deməkdir. Nəticədə istehlakçılar təbii qaza görə daha çox pul ödəyəcəklər”.

Qeyd edək ki, Rusiya Ermənistana 1000 kubmetr qazı 150 dollara satır. Gözləntilərə görə, bu, gələn ildən 240-250 dollar olacaq.









Redaktorun seçimi