Ərdoğan xəbərdar etdi: Bir neçə gündən sonra başlayacağıq

Hit: 370
Ərdoğan xəbərdar etdi: Bir neçə gündən sonra başlayacağıq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın bir neçə gündən sonra Suriyada, Fəratın şərqində hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu haqda “Sabah” qəzetində məlumat dərc olunub.

“Türkiyə qoşunları bir neçə gündən sonra Fəratın şərqində əməliyyata başlayacaq”, - deyə qəzet Türkiyə liderindən sitat gətirir.

 

Məlumata görə, Ərdoğan əməliyyatlar zamanı regionda olan amerikalı hərbçilərin hədəfə alınmayacağını diqqətə çatdırıb. 

Türkiyə prezidentinin sözlərinə görə, Ankaranın əməliyyatları Suriya münaqişəsinin siyasi həlli yoluna vasitəçilik edəcək və bölgəni yerli sakinlər üçün təhlükəsiz etməyə imkan verəcək.









Redaktorun seçimi