Gürcüstan parlamentində yumruq davası - VİDEO

Hit: 397
Gürcüstan parlamentində yumruq davası - VİDEO

Gürcüstan parlamentində  “Milli hərəkat” partiyasının deputatı Nika Meliya ilə “Vətənpərvərlər alyansı”nın üzvü İrma İnaşvili arasında söz və yumruq davası yaşanıb.

Oxu.Az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, parlamentin plenar iclasında Nika Meliya prezident seçkilərinin ikinci mərhələsi haqqında danışarkən seçkilərin saxtalaşdırıldığını bildirib.

Ondan sonra sözü İrma İnaşvili alıb, lakin N.Meliya dəfələrlə onun sözünü kəsməyə cəhd edib ki, bu da deputatlar arasında qarşıdurmaya səbəb olub.

 

Parlamentin sədri İrakli Kobaxidze bir neçə dəfə deputatları sakitləşməyə çağırıb və Nika Meliyanı təlxəklik etməkdə günahlandırıb.

“Onlar məğlubiyyətlə barışa bilmirlər. Nika Meliya nə qədər təlxəklik edəcək axı? Milli hərəkatçılar acı məğlubiyyətlə barışa bilmirlər. Biz onları məğlub edəcəyimizi bildirmişdik. Budur “Milli hərəkatın” əsas siması”, - deyə İrakli Kobaxidze bildirib. 

 








Redaktorun seçimi