İran Avropanın bir parçasını dağıdacaq raket atdı – ABŞ ayağa qalxdı

Hit: 278
İran Avropanın bir parçasını dağıdacaq raket atdı – ABŞ ayağa qalxdı

İran orta mənzilli raket sınağı keçirdiyini təsdiq edib.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İnqilab Keşişçiləri Korpusunun komandanı Əmir Əli Hacızadeh bildirib ki, raket sınaqlarına davam etdiklərini açıqlayıb.

“Raket sınaqlarımız davam edir. Sonuncu sınaq isə çox önəmli idi”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo yazılı açıqlamasında bildirmişdi ki, İran müxtəlif döyüş başlıqlı orta mənzilli raketi sınaqdan keçirib: “Bu raket İranın Avropanın bir hissəsini və Yaxın Şərqin hər-hansı yerini vura biləcək mənzilə sahibdir. İranın nüvə başlığı daşıma gücünə malik ballistik raketlərlə bağlı bütün addımlara son qoymağa çağırırıq”.

Sanksiyaların tətbiqindən sonra hazırda ABŞ-İran gərginliyi davam edir. Hətta ABŞ-ın İrana hərbi müdaxilə planları üzərində işlədiyinə dair məlumatlar da var.









Redaktorun seçimi