Növbəti hədəf Türkiyədir: Parisdən sonra Ankaranı yandırmaq PLANI

Hit: 231
Növbəti hədəf Türkiyədir: Parisdən sonra Ankaranı yandırmaq PLANI

Fransada başlanan “sarı jiletlilər” hərəkatını Türkiyədə də həyata keçirmək istəyirlər.

Bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.

Qəzet qeyd edir ki, daxildə bəzi çevrələr bu kimi ümidlərini dilə gətirirlər: “Gizli şəkildə ictimai rəyi yönəldir, bələdiyyə seçkiləri yaxınlaşdıqca, Türkiyəyə çoxvektorlu müdaxilə planları hazırlanır. Gəzi hadisələrinə dəstək verən CHP-də qəribə aktivlik yaranıb. CHP lideri Kamal Kılıçdaroğlu Almaniya səfərində Gəzi hadisələrini maliyyələşdirən, Corc Sorosun dəstəklədiyi “Fridrix Ebert” Vəqfini də ziyarət etdi. Bağlı qapılar arxasında nələrin müzakirə edildiyi bəlli deyil, lakin CHP-nin baş katibinin köməkçisi Uğur Tunçayın Tvitterdə paylaşdığı tvit ipucu oldu. Tunçay Fransadakı etirazların görüntüsünü paylaşaraq, “Paris saralırkən, Ankara yaşıl qala bilməz” deyə yazdı. Daha sonra sərt reaksiyalara görə tvistini sildi”.

Qəzet yazır ki, PKK terror təşkilatının aktivləşməsi də diqqət çəkir.

“Türkiyədə yeni Gəzi hadisələri planlaşdırılır, bu dəfə “sarı jiletlilər” ilham qaynağıdır”, - deyə məqalədə bildirilir.

 
 








Redaktorun seçimi