“Google” Trampı niyə “səfeh” hesab edir?

Hit: 265
“Google” Trampı niyə “səfeh” hesab edir?

“Google” şirkətinin baş direktoru Sundar Piçai “Google” axtarış sistemində ingilis dilində “idiot” (*-səfeh) sözünü daxil edən zaman avtomatik olaraq ABŞ prezidenti Donald Trampın şəkillərinin peyda olması məsələsinə aydınlıq gətirib.  

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, insident ABŞ Senatının Nümayəndələr Palatasının məhkəmə komitəsində keçirilən dinləmə zamanı baş verib.

Müvafiq sualı siyasətçi-demokrat Zoi Lonqfren səsləndirib:

 

“Şəkillər bölməsində “idiot” sözünü daxil etdikdə, Donald Trampın fotoşəkilləri peyda olacaq. Mən bunu elə indicə etdim. Niyə belə olur?”

S.Piçainin sözlərinə görə, axtarış sistemi şəkilləri açar sözlərlə əlaqələndirərək, 200-dən çox faktoru nəzərə alır. Bura populyarlıq, aktuallıq, yenilik kimi faktorlar daxildir.  

“Google” baş direktoru əmin edib ki, axtarış nəticələri avtomatik tənzimlənir.









Redaktorun seçimi