Ukrayna Rusiya ilə dostluq müqaviləsinə xitam verib

Hit: 169
Ukrayna Rusiya ilə dostluq müqaviləsinə xitam verib
Ukrayna Prezidenti Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinin qüvvədən düşməsi barədə qanunu təsdiq edib.
 
Azadinform xəbər verir ki, dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb. Müqavilənin müddəti 1 aprel 2019-cu ildə başa çatır.
 
Xatırladaq ki, bu ilin sentyabr ayında Ukrayna Prezidenti sözügedən müqavilənin qüvvədən düşməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq etmişdi. Həmin qərarın sənədin birtərəfli pozulması yox, uzatmamaq barədə olduğu bildirilmişdi.
 
1997-ci il may 31-də Kiyev şəhərində imzalanmış Ukrayna ilə Rusiya arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq müqaviləsi 1999-cu il aprelin 1-də qüvvəyə minmiş və 10 il müddətinə tərəflərin etirazı olmasa, avtomatik olaraq həmin müddətə uzatmaq şərtilə nəzərdə tutulmuşdu.








Redaktorun seçimi