"Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir" - Şahnazaryan

Hit: 371
"Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir" - Şahnazaryan

Bu növbədənkənar parlament seçkisi Ermənistan tarixinin ən biabırçı seçkisidir.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından namizəd olan David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib. O, seçkiöncəsi təbliğat kapmaniyasının az olmasına təəssüf edib:

“Seçki kapmaniyası zamanı təhdidlər səsləndirildi, hakim qüvvə tərəfindən təzyiq halları baş verdi”.

Jurnalistlərin ötən seçkilərdə qanun pozuntusunun daha çox olması barədə qeydinə cavab olaraq Şahnazaryan deyib:

“Amma onda hakimiyyət demirdi ki, bu, qalaktikada ən şəffaf, ən təmiz seçkidir”.

O qeyd edib ki, bu, ölkə üçün çox vacib seçkilərdir:

“Ümid edirəm ki, xalq düzgün seçim etdi. Bir seçki bülletenini mən konvertə qoydum, digər ikisini isə cibimə – ona görə ki, onları da digər 8 bülleten kimi zibil qutusuna atmaq istəmədim”.

Şahnazaryan saat 20:00-da RP-nın qərargahında seçki bülletenlərini nümayiş etdirməyə söz verib.









Redaktorun seçimi