Ermənistanda seçki məntəqələrindən birində səsvermə dayandırılıb, pozuntular aşkar edilib

Hit: 311
Ermənistanda seçki məntəqələrindən birində səsvermə dayandırılıb, pozuntular aşkar edilib

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə zamanı Loriysk vilayətində 22/26 seçki məntəqəsində səsvermə dayandırılıb.

Faktor.az bildirir ki, Trend-in "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, səsvermənin dayandırılmasına səbəb seçki məntəqəsində 4 nömrəli iştirakçının (baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku) bülletenlərinin olmaması olub.

Bundan əlavə, sosial şəbəkələrdə Razdan şəhərinin 26/14 seçki məntəqəsində videomüşahidə kameralarının işləməməsi, Ararat şəhərinin 13/2 seçki məntəqəsində buraxılış vəsiqəsi olmayan naməlum şəxsin səsvermə kabinəsində yaşlı bir insanla eyni vaxtda olması barədə xəbərlərlər yayılıb.









Redaktorun seçimi