Fransa hadisələrini Rusiya təşkil edib – Şok iddia

Hit: 391
Fransa hadisələrini Rusiya təşkil edib – Şok iddia

Fransada baş verən etiraz aksiyalarının təşkilatçısı və kuratoru Rusiya dövlətidir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) informasiya yayıb.

UTX sözügedən iddianı Parisdə çəkilmiş foto ilə bağlayıb. Belə ki, etirazçıların arasında əllərində qondarma Donetsk Respublikasının bayrağı ilə şəkil çəkdirən iki nəfərin görüntüsü paylaşılıb.

Onlardan birinin rus siyasətçi Konstantin Malafayevin rəhbərlik etdiyi “Katexon” analitik mərkəzinin üzvü Sorlin Fabris olduğu, ikincisinin isə 2013-cü ildən Rusiya vətəndaşlığını qəbul edən Ksavye Moro olduğu bildirilib.









Redaktorun seçimi